Mobil versiya
"Hərbi vəziyyət haqqında" yeni qanun layihəsi qəbul olundu
Tarix: 16-12-2016 | Saat: 18:53
Bölmə:Aia TV | çapa göndər

"Hərbi vəziyyət haqqında" yeni qanun layihəsi qəbul olundu






Milli Məclisin bu gün keçirilən plenar iclasında "Hərbi vəziyyət haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

Aia.Az Trend-ə istinadən bildirir ki, layihə haqqında danışan Milli Məclis sədrinin birinci müavini Zifayət Əsgərov bildirib ki, Ermənistanın cəbhə xəttində təxribatlarının davam etməsi və yaranan gərginliklə paralel olaraq, Azərbaycanın informasiya məkanında dezinformasiyalar yayılır:

"Bir sıra hallarda özündə hərbi sirr daşıyan məlumatların yayılması, düşmən diversantlarının cəbhə xəttini keçmək cəhdləri ölkənin informasiya məkanında və cəbhədə təhlükəsizliyin gücləndirilməsinin zəruri olduğunu göstərir. Bu baxımdam cənab Prezident İlham Əliyevin təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında imzaladığı sərəncam milli təhlükəsizlik maraqlarına xidmət edir".

Z.Əsgərov deyib ki, qanun layihəsi tamamilə yenidən işlənib: "Hazırda qüvvədə olan qanun 1994-cü ildə qəbul edilib. 1994-cü ildən bu günə qədər xeyli işlər görülüb. Zərurət yaranıb ki, artıq yeni qanun layihəsi qəbul edilsin".

Birinci vitse-spiker qanun layihəsində nəzərdə tutulan müddəalardan da söz açıb:

"1994-cü ildə qəbul olunan qanun 17 maddədən ibarətdir. Hazırda təqdim olunan qanun layihəsi isə 5 fəsil, 27 maddədən ibarətdir. Layihə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 8-ci bəndinə uyğun olaraq, Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir. Həmçinin layihədə hərbi vəziyyətin elan oluması haqqında Prezidentin fərmanının təsdiq edilməsi, səfərbərlik elan olunması məsələləri öz əksini tapıb. Layihənin 3-cü maddəsində isə hərbi vəziyyətin elan olunmasının səbəbləri açıqlanıb".

Z.Əsgərov qeyd edib ki, layihənin birinci fəslindəki 6-cı maddə də olduqca vacibdir: "Hərbi vəziyyətin elan olunması haqqında fərman iki halda Milli Məclisdə təsdiq oluna bilər. Fərmanın dərhal Milli Məclisin təsdiqinə göndərilməsi və 24 saat ərzində qərar qəbul edilməsi göstərilib. Hərbi vəziyyətin elan edilməsindən sonra onun 24 saat müddətində Milli Məclisə təqdim edilməsi və sessiyasının olub-olmamasından asılı olmayaraq, 48 saat müddətində buna baxılaraq qərar qəbul edilməsi göstərilib".

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024