Yollara xidmət göstərilməsi üçün 7 şirkət yaradılacaq
Tarix: 09-12-2016 | Saat: 12:59
Bölmə:İqtisadiyyat / Karusel | çapa göndər
"Azəravtoyol" ASC-də Dünya Bankının nümayəndə heyəti ilə görüş keşirilib.
Qurumdan aia.az-a verilən məlumata görə, görüşdə "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov, Dünya Bankının Cənubi Qafqaz üzrə nəqliyyat proqramının rəhbəri Mustafa Benmaamar, həmçinin cəmiyyətin və bankın digər rəhbər şəxsləri iştirak ediblər.
Görüşdə son illər Azərbaycanda prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə əsasən yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər barədə ətraflı məlumat verilib, yenilənən yol infrastrukturunda Dünya Bankının rolundan bəhs edilib.
Bundan başqa, Dünya Bankının maliyyələşdirdiyi layihələrin hazırki vəziyyəti, magistral yollara xidmət göstərəcək 7 ədəd Magistral Yolların İstismarı MMC-lərin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması istiqamətində atılan addımlar müzakirə olunub.
Sonda avtomobil yollarının yenidən qurulması istiqamətində Dünya Bankı ilə ikitərəfli əməkdaşlığın bundan sonra da davam etməsinin vacibliyi vurğulanıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024