Mobil versiya
Bahar Muradova: "2017-ci ilin büdcəsi reallıqlara uyğun hazırlanıb"
Tarix: 07-12-2016 | Saat: 18:26
Bölmə:İqtisadiyyat / Karusel | çapa göndər

Bahar Muradova: "2017-ci ilin büdcəsi reallıqlara uyğun hazırlanıb"




2017-ci ilin büdcəsi Azərbaycanın gələn ilki vəzifələrini yerinə yetirmək üçün mövcud reallıqlara uyğun şəkildə hazırlanıb.
AiA.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin plenar iclasında büdcə zərfinin müzakirələri zamanı deyib.

B.Muradova bildirib ki, 2017-ci ildə Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı ayrılan vəsait büdcənin 24 faizini təşkil edir ki, bu da ötən illə müqayisədə 2.1 faiz artıqdır: "Bu da onu göstərir ki, növbəti ildə də Azərbaycan müdafiə qabiliyyətinin gücləndirilməsini əsas prioritet istiqamət kimi qarşıya qoyub. Bu da təsadüfi deyil. Ötən il baş verən hadisələr, xüsusilə də aprel hadisələrindən sonrakı durum, danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi ölkəmizin müdafiə sahəsini daim diqqət mərkəzində saxlamasını və inkşafını labüd edir. Çünki son nəticədə münaqişənin həllində Azərbaycanın öz gücünə istinad etməli olduğuna inam getdikcə daha da möhkəmlənir.

Əlbəttə, bu, həm ordunun qüdrətinin gücləndirilməsini, həm bu sahədə çalışan, xidmət edən Azərbaycan vətəndaşlarının, hərbçilərin, zabitlərin, əsgərlərin təminatının, onların maddi və sosial durumunun yaxşılaşdırılmasını, həm də ordunun təminatı və müdafiə səneyesinin inkişafını ciddi şəkildə nəzərdə tutur. Hesab edirəm ki, bu sahədəki nailiyyətlərimiz, beynəlxalq aləmdə, hərbi sursat istehsal edən ölkələr sırasında Azərbaycanın rolunun artması ölkəmizin doğru yolda olduğunu göstərir. Lazım gəldikdə Azərbaycan istehsal etdiyi silah-sursatdan ölkənin ərazi bütövlüyünü və müdafiəsini təmin etmək üçün istifadə edəcək".

Vitse-spiker deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün bunlarla bağlı təmas xəttinə son səfərində də qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024