Mobil versiya
Türkiyəli nazir müavini: Dəhşətli zəlzələ zamanı ilk yardıma gələn Azərbaycan oldu
Tarix: 11-09-2024 | Saat: 17:46
Bölmə:Dünya | çapa göndər

Türkiyəli nazir müavini:

2023-cü ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı ilk yardıma gələn Azərbaycan oldu.

aia.az xəbər verir ki, bunu report-a açıqlamasında bu ölkənin ətraf mühit və ekologiya nazirinin müavini Ömər Bulut bildirib.

O qeyd edib ki, Türkiyə və Azərbaycan iki dövlət bir millətdir: "Liderlərimiz bizim münasibətlərimizi belə müəyyənləşdirdilər. Çox doğru bir qərardır, çünki qəlblərimiz bərabər döyünür”.

Bu gün Kahramanmaraşda Azərbaycan məhəlləsində açılışı olan məktəb barədə də danışan Ö.Bulut bildirib: "Burada hüzur içində yaşayan bizlər hər zaman qardaş Azərbaycanı xatırlayacağıq. Bu mənada, dövlətlərimizin başçılarına və yardımlaşma nümunəsi sərgiləyən Azərbaycan xalqına təşəkkür edirəm".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-10-2024