Ana Sayfa > Dünya > Türkiyəli nazir müavini:

Türkiyəli nazir müavini:


11-09-2024, 17:46. Yazar: sevinc1
Türkiyəli nazir müavini:

2023-cü ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı ilk yardıma gələn Azərbaycan oldu.

aia.az xəbər verir ki, bunu report-a açıqlamasında bu ölkənin ətraf mühit və ekologiya nazirinin müavini Ömər Bulut bildirib.

O qeyd edib ki, Türkiyə və Azərbaycan iki dövlət bir millətdir: "Liderlərimiz bizim münasibətlərimizi belə müəyyənləşdirdilər. Çox doğru bir qərardır, çünki qəlblərimiz bərabər döyünür”.

Bu gün Kahramanmaraşda Azərbaycan məhəlləsində açılışı olan məktəb barədə də danışan Ö.Bulut bildirib: "Burada hüzur içində yaşayan bizlər hər zaman qardaş Azərbaycanı xatırlayacağıq. Bu mənada, dövlətlərimizin başçılarına və yardımlaşma nümunəsi sərgiləyən Azərbaycan xalqına təşəkkür edirəm".

aia.az
Geri dön