Mobil versiya
Bakıda toya dəvət olunmadan gələn şəxs döyülüb
Tarix: 07-12-2016 | Saat: 12:09
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Bakıda toya dəvət olunmadan gələn şəxs döyülüb

Bakıda toy mərasiminə dəvət olunmadan gələn şəxs döyülüb.

Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Dəniz” şadlıq sarayında qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Əzimov Mübariz Famil oğlu tanımadığı şəxsin toy mərasimində iştirak edib. O, yeyib-içdikdən sonra qonaqlarla mübahisə edib. “Çağırılmamış qonaq” elə bəyin qohumları tərəfindən döyülərək həyətə çıxarılıb.

Ağır xəsarət alan M.Əzimov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, M.Əzimov hadisə vaxtı sərxoş olub.

Faktla bağlı araşdırma aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024