Mobil versiya
Traktor xətti zədələdi: 22 kənd qazsız qaldı
Tarix: 03-09-2024 | Saat: 12:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

Traktor xətti zədələdi:

Tərtər rayonunun 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Bu barədə aia.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 10:40-da traktor qazıntı işləri aparan zaman Tərtər rayonunun 22 kəndini qazla təmin edən d-219 mm-lik qaz xəttinə zərər yetirib. Bu səbəbdən hazırda rayonun 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Təmir-bərpa işlərinə artıq başlanılıb. Gün ərzində işlərin yekunlaşdırılması və qaz təchizatının bərpası nəzərdə tutulub.

aia.a



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə