Mobil versiya
Seçki günü məntəqələrdən 11 nəfər təcili yardıma müraciət edib
Tarix: 02-09-2024 | Saat: 12:13
Bölmə:Parlament | çapa göndər

Seçki günü məntəqələrdən 11 nəfər təcili yardıma müraciət edib

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə seçki günü, sentyabrın 1-də seçki məntəqələrindən 11 nəfərin (7-si qadın, 2-si kişi cinsli olmaqla) ümumi müraciəti qeydə alınıb.

aia.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, müraciət edən şəxslərdən 7 nəfərə yerində yardım göstərilib, 1 nəfər (qadın cinsli şəxs insult diaqnozu ilə) isə tibb müəssisəsinə hospitalizasiya olunub. O cümlədən, 2 nəfər yardımdan imtina edib.

Müraciətlərin əsas səbəbi baş ağrısı, hipertenziya ilə bağlı olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinə təyin edilən növbədənkənar seçkilərdə təcili yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə