Mobil versiya
MSK sədri: Seçkilərlə bağlı hazırlıq prosesində bütün tədbirlər qanunauyğun, planlı həyata keçirilib
Tarix: 31-08-2024 | Saat: 13:07
Bölmə:Seçki 2024 / Manşet | çapa göndər

MSK sədri:

Növbədənkənar parlament seçkiləri ilə bağlı hazırlıq prosesində bütün tədbirlər qanunauyğun, plana müvafiq həyata keçirilib.

aia.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, 6 milyon 421 min 960 nəfər seçici var.

MSK sədri bildirib ki, Azərbaycanda parlament seçkiləri ilə əlaqədar 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onların 6 min 343-ü daimi, 135-i müvəqqətidir.

M.Pənahov əlavə edib ki, 135 müvəqqəti seçki məntəqələri ilə daimi məntəqələrin müşahidəçilik baxımından heç bir fərqi yoxdur: "Qeydiyyatdan keçən müşahidəçilər daimi və müvəqqəti ayrılığı olmadan, bütün seçki məntəqələrində müşahidə apara bilərlər. Bunun üçün sadəcə qapalı müəssisələrin özünün daxili qaydalarına tabe olmaq lazımdır. Bu onların daxili nizam-intizamıdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024