Mobil versiya
Reallıqlardan irəli gələn hədəflər -Fotolar
Tarix: 30-08-2024 | Saat: 16:32
Bölmə:Parlament | çapa göndər

Reallıqlardan irəli gələn hədəflər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Heydər Əsədovun Şirvan şəhər Vidadi küçəsi və 1 May küçəsində yaşayan seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov bildirib ki, ölkəmizin bütün sahələrdə olan inkişafı göz önündədir, ən vacib məqam isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır: “Builki parlament seçkiləri digərlərindən xüsusilə fərqlənərək, ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçiriləcək. YAP-ın seçki platformasında qeyd edildiyi kimi, ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyası bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə - Yeni dövrə Yeni Azərbaycanla qatılır”.

Deputatlığa namizəd Heydər Əsədov Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat verib. Bildirib ki, ölkəmizdə seçkiqabağı mühit istər cəmiyyətdə mövcud olan ictimai-siyasi durum, istərsə də həmrəylik və əmin-amanlıq baxımından çox yüksək səviyyədədir. Qeyd olunub ki, bu mənada, seçicilərimiz Zəfərə, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpasına, Qarabağın əzəmətli quruculuğuna, Böyük Qayıdışa və xalqın rifahına səs verəcək.

Seçicilər Yeni Azərbaycan Partiyasına olan etimadlarını ifadə edərək, öz səsvermə hüquqlarından istifadə edəcəklərini bildiriblər.(yap.org)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə