Mobil versiya
Seçicilər YAP-ın seçki platformasını dəstəkləyir -Foto
Tarix: 29-08-2024 | Saat: 18:25
Bölmə:Parlament | çapa göndər

Seçicilər YAP-ın seçki platformasını dəstəkləyir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azər Badamovun seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov ölkəmizdə yeni reallıqlardan irəli gələn və qarşıda dayanan hədəflərdən söz açıb.Təşkilat sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız dünya siyasi arenasında nüfuz sahibi kimi tanınır. O əldə olunmuş uğurların qazanılmasında YAP-ın müstəsna xidmətlərinin olduğunu vurğulayıb.

Çıxış edən deputatlığa namizəd Azər Badamov YAP-ın seçki platforması haqqında seçiciləri məlumatlandıraraq görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb. Zəfərimizin yaratdığı reallıqların Yeni Azərbaycan Partiyasının qarşısına qoyduğu vəzifələrdən bəhs edən A.Badamov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Neva Abdurahmanova, Arif Xəlilov ölkəmizdə ictimai-siyasi sabitliyin, milli həmrəyliyin qorunması üçün seçiciləri YAP-ın namizədini dəstəkləməyə dəvət ediblər.

Çıxış edən seçicilər də 1 sentyabr parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.(yap.org)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024