Eyvaz Qurbanov növbəti görüşünü Qəbələdən olan seçiciləri ilə keçirdi -Fotolar
Tarix: 29-08-2024 | Saat: 16:44
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Qurbanov Eyvaz Daşdəmir oğlunun Şəki rayonunun Oraban, Baş Kədək, Bideyiz, Baş Küngüt və Aşağı Kəldək kəndlərindən olan seçicilərlə görüşü keçirilib.
Görüşlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Bildirildi ki, Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün YAP ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfəsini əsirgəmir.
O, deputatlığa namizəd Eyvaz Qurbanovun həyat yolu haqqında seçicilərə məlumat verdi. Seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə çağırıdı.
Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd etdi ki, çoxəsrlik dövlətçilik tarixinin ən şanlı və şərəfli dövrünü yaşayan qalib Azərbaycan bənzərsiz nailiyyətlərə imza atır, yeni reallıqlar formalaşdıraraq öz qüdrətini artırır. Yeni dövrün reallıqlarına uyğun hədəflər uğurla reallaşdırılır. Partiyanın bütün sınaqlardan şərəflə çıxıb, ilk gündən xalqın partiyası kimi nüfuz qazanıb. Vurğulayıb ki, YAP yarandığı gündən daim Azərbaycanın daha güclü, qüdrətli olmasına, xalqımızın rifah şəraitinin yüksək olmasına çalışır.
İctimai-siyasi proseslərdə, xüsusilə də seçkilərdə aktiv iştirak edən Şəki rayonundan olan seçicilər hər zaman dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi üçün mühüm fədakarlıqlar ediblər.
Eyvaz Qurbanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin YAP Oğuz rayon təşkilatının təşviqat qrupunun üzvləri Fərman İbrahimov və İlkin Lətifov çıxış edərək bidiriblər ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayanır.YAP-ın ideologiyasının və fəaliyyətinin əsas istiqamətini məhz dövlətimizin, cəmiyyətimizin inkişafı, onun qüdrətinin daha da artması təşkil edir. Onlar bu günkü inkişafın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər Şəki rayonu Oraban kəndindən olan seçici Qorxmaz Balakişiyev, Şəki rayonu Bideyiz kəndindən olan seçici Nərbala İslamov və digərləri 01 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədinə dəstəkləyəcəklərini bildirdilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər