Mobil versiya
Məqsəd birlik və həmrəyliyi daha da gücləndirməkdir -Fotolar
Tarix: 29-08-2024 | Saat: 13:27
Bölmə:Parlament | çapa göndər

Məqsəd birlik və həmrəyliyi daha da gücləndirməkdir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun YAP Nərimanov rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək gənc seçicilərlə görüşü keçirib.

Görüşü giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev qeyd edib ki, Azərbaycan uğurlu siyasəti ilə hər bir hədəfə zamanında nail olur: “Tarixi Zəfərimizin - ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasının yaratdığı reallıqlar həm Azərbaycan, həm də bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyasının seçki platformasında qazandığımız uğurlarla yanaşı, qarşıda duran əsas hədəflər də əksini tapıb”.

Çıxış edən deputatlığa namizəd Ceyhun Məmmədov YAP-ın seçki platformasında ötən 30 ilin möhtəşəm uğurlarının, qarşıdakı dövrün hədəflərinin əks olunduğunu diqqətə çatdırıb. O, həmçinin aparılan uğurlu gənclər siyasətindən bəhs edərək qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün dünyanın müxtəlif universitetlərində azərbaycanlı gənclər dövlət hesabına təhsil alırlar.

Çıxışının sonunda Ceyhun Məmmədov gəncləri seçkilərdə fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Görüş iştirakçılarından Novruz Quliyev və Əsgər Əhməd əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə uğurla davam etdirildiyini, qarşıda qələbənin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin gücləndirilməsi kimi mühüm vəzifələrin durduğunu vurğulayıblar.

Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini və səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün Ceyhun Məmmədov əlavə iki görüş daha keçirib.(yap.org)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024