Yeni zirvələrə doğru -Fotolar
Tarix: 28-08-2024 | Saat: 14:47
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində məskunlaşan seçicilərlə görüşü keçirilib.
aia.az yap.org-a istinadən xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm nailiyyətlər əldə edib: “Bu gün sıralarında 730 mindən çox üzvü birləşdirən YAP gücünü xalqın dəstəyindən alır. Bu partiyanın fəaliyyətində söykəndiyi ideologiya onu daim uğurlara aparır. Parlament seçkilərində YAP ilə rəqabət aparmaq gücündə olan siyasi təşkilat yoxdur”.
Çıxış edən deputatlığa namizəd Ceyhun Məmmədov güclü, qüdrətli, qalib və bütövləşən Azərbaycanın hər birimizin qürur mənbəyi olduğunu deyib. Namizəd əminliklə söyləyib ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır: “Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan Prezident, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək”.
Tədbir iştirakçılarından Vaqif Məhərrəmov, Əli Rza Xələfli, Əyyub Kərimov çıxış edərək, ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacağına əminliklərini bildiriblər.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini və səs verəcəklərini vurğulayıblar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024