Qalib Azərbaycanla zirvələrdə -Fotolar
Tarix: 28-08-2024 | Saat: 14:30
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar Məmmədov Tərtər rayonunda bir qrup şəhid ailələrini və qaziləri ziyarət edib.
Anar Məmmədov görüş zamanı bildirib ki, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlara diqqət və qayğı göstərilməsi, onları narahat edən problemlərin həlli ölkə başçısının hər zaman böyük həssaslıqla yanaşdığı və xüsusi diqqət mərkəzində saxladığı məsələdir: “Cəmiyyətimiz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsini daim uca tutmuş və onların ailə üzvləri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar”.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.(yap.org)
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024