MSK sədri: Seçicinin öz hüququndan istifadəsinə maneə cinayətdir
Tarix: 27-08-2024 | Saat: 16:42
Bölmə:Manşet / Parlament | çapa göndər

Hər hansı seçicinin öz hüququndan istifadəsinə maneə törədilməsi cinayət məsuliyyəti yaradır.
aia.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurum sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, bu, məntəqələrdə ciddi rejim yaradıldığı demək deyil:
“Amma bütün tərəflər bir-birinə hörmətlə yanaşmalıdır. Seçkilərin pozuntusunun başa çatdırılması mümkün deyil. Amma hansısa xoşagəlməz hal baş veribsə, məntəqə seçki komissiyası müvafiq qərar verməlidir. Bundan narazı olan yuxarı - dairə seçki komissiyasına, Mərkəzi Seçki Komissiyasına şikayət edə bilər. Seçkilərdə pozuntunun olmayacağını iddia etmək xülyadır. Amma bundan faciə düzəltmək lazım deyil".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər