Mərkəzi Bank "Paşa Bank"ın vəzifəli şəxsini cərimələdi
Tarix: 27-08-2024 | Saat: 12:34
Bölmə:İqtisadiyyat | çapa göndər
Azərbaycan Mərkəzi Bankı (AMB) “Paşa Bank” ASC-nin bir vəzifəli şəxsini 1 500 manat məbləğində cərimə edib.
aia.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilir ki, Mərkəzi Bankın cari nəzarət prosesləri zamanı “Banklar haqqında” Qanunun 35.4-cü maddəsinin və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulduğu aşkar edilib. Bu səbəbdən, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə uyğun olaraq “Paşa Bank” ASC-nin vəzifəli şəxsi cərimələnib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024