Ana Sayfa > İqtisadiyyat > Mərkəzi Bank "Paşa Bank"ın vəzifəli şəxsini cərimələdi
Mərkəzi Bank "Paşa Bank"ın vəzifəli şəxsini cərimələdi27-08-2024, 12:34. Yazar: sevinc1 |
Azərbaycan Mərkəzi Bankı (AMB) “Paşa Bank” ASC-nin bir vəzifəli şəxsini 1 500 manat məbləğində cərimə edib. aia.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bildirilir ki, Mərkəzi Bankın cari nəzarət prosesləri zamanı “Banklar haqqında” Qanunun 35.4-cü maddəsinin və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulduğu aşkar edilib. Bu səbəbdən, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə uyğun olaraq “Paşa Bank” ASC-nin vəzifəli şəxsi cərimələnib. aia.az Geri dön |