Yeni dövr – yeni qələbələr -Foto
Tarix: 26-08-2024 | Saat: 18:32
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib.
aia.az yap.org-a istinadən xəbər verir ki, YAP Balakən rayon təşkilatının sədri Azad Balayev qeyd edib ki, Azərbaycan dünyada qalib və qüdrətli dövlət kimi tanınır: “Ölkəmizdə ictimai-siyasi sabitlik, milli təhlükəsizlik, vətəndaş həmrəyliyi və xalq-iqtidar birliyi təmin edilib, azərbaycançılıq ideologiyası əsasında dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızın vahid yumruq kimi birləşərək Azərbaycanın qarşısında duran ən ümdə vəzifənin yerinə yetirilməsinə - tarixi ədalətin bərpasına, respublikamızın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsinə nail olunub. İndi qarşımızda növbəti hədəflər var. Yeni dövr yeni qələbələr deməkdir”.
Deputatlığa namizəd Nəsib Məhəməliyev əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. O qeyd edib ki, qalib və qüdrətli Azərbaycan dövləti Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıda duran bütün hədəflərinə doğru inamla irəliləyir: “Azərbaycan müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə uğurla yekun vuraraq yeni dövrə qədəm qoyub. Dövlət başçısının müstəqil və uzaqgörən siyasəti sayəsində istər ölkəmizdə, istərsə də bütövlükdə regionumuzda yeni reallıqlar yaranıb, qarşımızda yeni perspektivlər açılıb”.
Tədbirdə Tinov Bağmanov, Rüxsarə Hacıyeva və digərləri çıxış edərək seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024