Qələbələr partiyası yenə qalib olacaq! -Foto
Tarix: 26-08-2024 | Saat: 18:22
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Qurbanov Eyvaz Daşdəmir oğlunun Oğuz rayonunun Mədəniyyət sahəsində çalışan seçiciləri ilə görüşüb
Görüşlərdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Bildirildi ki, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirməsi nəticəsində ölkəmizin tarixi nailiyyətlərə imza atır. Azərbaycan xalqı bu şanlı tarixi hadisələrə şahidlik etdiyinə görə özünü çox xoşbəxt hiss edir.
O, deputatlığa namizəd Eyvaz Qurbanovun haqqında seçicilərə məlumat verərək, seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində seçiciləri YAP-ın namizədini dəstəkləməyə çağırıb.
Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş və Müzəffər Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası həyatın bütün sahələrini əhatə etməklə yanaşı eyni zamanda bütün istiqamətlərdə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına hədəflənmişdir.
Bildirildi ki, 1993-cü ildən partiyamız ölkəmizdə keçirilən bütün seçkilərdə qalib olduğu kimi, bu seçkilərdə də yüksək səviyyədə hazırlaşıb və qələbə əzmindədir. O, deputatlığa namizəd Eyvaz Qurbanovun haqqında seçicilərə məlumat verdi. Seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıdı.
Tədbirlərdə, həmçinin YAP Oğuz rayon təşkilatının təşviqat qrupunun üzvləri Anar Hüseynov, Mehriban Abbasova çıxış edərək bidiriblər ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayanır. YAP-ın ideologiyasının və fəaliyyətinin əsas istiqamətini məhz dövlətimizin, cəmiyyətimizin inkişafı, onun qüdrətinin daha da artması təşkil edir. Onlar bu günkü inkişafın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər Mirməhəmməd Malıyev, Kəmalə Cəfərova və digərləri 01 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədinə dəstəkləyəcəklərini bildirdilər.
Həmin gün təşviqat qrupunun üzvləri Oğuz şəhəri Heydər Əliyev küçəsinin sakinləri ilə məhəlli görüş keçiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024