Direktor olmaq istəyənlər öz imkanlarını elektron qaydada da yoxlaya biləcəklər
Tarix: 13-09-2015 | Saat: 14:31
Bölmə:Təhsil / Aia TV / Karusel | çapa göndər
Azərbaycanda orta məktəb direktoru işləyən və ya direktor olmaq istəyənlər üçün yeni elektron resurs istifadəyə veriləcək
Bunu Trend-ə Təhsil Nazirliyinin Təhsilin inkişafı şöbəsinin müdiri Emin Əmrullayev deyib.
Artıq iki ildir ki, Təhsil Nazirliyi tərəfindən direktor olmaq istəyənlər üçün təlimlərin keçirildiyini xatırladan nazirlik rəsmisinin sözlərinə görə, bu ilin oktyabr-noyabr aylarında elektron təlimlərin ictimaiyyətə təqdim edilməsi planlaşdırılır. Artıq bununla bağlı videoların bir hissəsi hazırdır.
E.Əmrullayevin sözlərinə görə, seçilmiş namizədlər üçün ənənəvi təlimlərin keçirilməsi davam etdiriləcək. Elektron təlimlər isə açıq olacaq. Bu təlimlər məcburi xarakter daşımayacaq: "Kim istəsə, bu resursdan onlayn qaydada istifadə edə biləcək. Bu təlimlər vasitəsilə müəllimlər, direktorlar özlərini daim yoxlaya biləcəklər. Direktor olmaq istəyən, yaxud direktor özü bu təlimlərə könüllü şəkildə öz imkanlarını yoxlamaq baxımından cəlb oluna bilər".
Şöbə müdiri bildirib ki, bu il ən əhəmiyyətli məsələlərdən biri direktor olmaq istəyənlər üçün keçirilən təlimlərin standartının hazırlanması olub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər