Firavan və xoşbəxt gələcəyə doğru -Foto
Tarix: 23-08-2024 | Saat: 19:00
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 72 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Nəsirovun Cəngan və Kövüzbulaq kəndlərində seçicilərlə görüşləri keçirilib.
Görüşləri giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının fəalı Ruslan Abbasov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını, partiyanın bütün seçkilərə hazırlıq səviyyəsinin hər zaman yüksək səviyyədə olduğunu söyləyib, YAP-ın bu dəfə də parlaq qələbə qazanacağına inamını ifadə edib.
Çıxış edən deputatlığa namizəd Elman Nəsirov YAP-ın seçki platforması barədə məlumat verib. O bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını təmin edib. Yeni dönəmdə görülən işlər ölkəmizin sosial-iqtisadi tərəqqisinə, hərbi gücünün yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə xidmət edir. Yeni reallıqlar şəraitində milli tərəqqiyə hədəflənən siyasət nəticəsində qarşımızda yeni perspektivlərin açıldığı qeyd olunub.
E.Nəsirov seçiciləri partiyanın namizədlərinə səs verməyə çağıraraq ona göstərilən etimadı doğruldacağını bildirib.
Tədbirlərdə, həmçinin təşviqat qrupunun üzvü Razi Məmmədov və digərləri çıxış edərək bu gün Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə misli görünməmiş uğurlara imza atdığını deyiblər.
Seçicilər də çıxışlarında cənab İlham Əliyevin siyasətini dəstəklədiklərini, onun rəhbərlik etdiyi partiyanın namizədlərinə səs verəcəklərini ifadə ediblər.(YAP.org)
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024