Yeni qələbələr üçün -Foto
Tarix: 23-08-2024 | Saat: 20:00
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Samir Vəliyevin Nərimanov rayonu, N. Nərimanov və İ.Dadaşov küçələrindəki ünvanlarda yaşayan seçicilərlə görüşü keçirilib.
Deputatlığa namizəd Samir Vəliyev məhəllələrdə keçirdiyi görüşlər zamanı seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması haqda geniş məlumat verib və bildirib ki, qələbələr partiyası olan YAP bu seçkiyə “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə gedir. Bu isə o deməkdir ki, ölkəmiz, dövlətimiz yeni bir dönəmə qədəm qoyub və bu dönəmdə də böyük və uğurlu layihələrə partiyamız imza atacaq.
Samir Vəliyev, həmçinin seçicilərin fikirlərini, müraciətlərini dinləyib. Namizəd hər kəsi 1 sentyabr tarixində keçiriləcək seçki prosesində aktiv iştirak etməyə və partiyanın namizədlərinə səs verməyə çağırıb.
Məhəllə görüşlərində seçicilərə YAP tərəfindən hazırlanmış maarifləndirici təbliğat materialları paylanılıb.(YAP.org)
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024