Mobil versiya
Tovuzda Nizami Səfərov şəhid ailələri ilə görüşür -Foto
Tarix: 24-08-2024 | Saat: 21:30
Bölmə:Seçki 2024 | çapa göndər

Tovuzda Nizami Səfərov şəhid ailələri ilə görüşür

Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək 6-cı çağırış növbədənkənar seçkiyə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 106 saylı Tovuz seçki dairəsindən namizədliyi irəli sürülən Nizami Səfərov rayonun Abulbəyli kəndində şəhid Röyal Aslanovun və Emin Mahmudovun ailə üzvlərini ziyarət edib, onların qayğıları, problemləri ilə maraqlanıb. Bildirib ki, şəhid ailələri daim dövlətin diqqət mərkəzindədir və biz də əlimizdən gələni edəcəyik.
Deputatlığa namizəd Nizami Səfərov bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 il sonra ölkəmizin ərazi bütövlüyü təmin olunub. Adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimiz heç zaman unudulmayacaq, həmişə hörmət və ehtiramla yad ediləcək, onların döyüş yolu gələcək nəsillərə örnək olacaq.
Şəhid ataları Elzar Aslanov və Pünhan Mahmudov dövlət tərəfindən onlara daim diqqət və qayğı göstərildiyini deyib, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024