Tənzilə Rüstəmxanlı seçicilərlə növbəti görüşlərini keçirdi -Fotolar
Tarix: 18-08-2024 | Saat: 18:42
Bölmə:Parlament | çapa göndər
Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkinin təşviqat kampaniyası çərçivəsində, 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd, VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Şirvanlı və Qoltuq kəndində seçicilərlə görüşüb.
Bu barədə Tənzilə Rüstəmxanlının seçki qərargahından məlumat verilib.
Görüşlər açıq havada keçirilib və hər iki görüşdə izdiham yaşanıb.
Tədbirdə Tənzilə Rüstəmxanlının vəkilləri, kənd sakinləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Tədbir iştirakçılarına namizəd Tənzilə Rüstəmxanlının platforması haqqında geniş məlumat verilib, "Neftçala üçün birlikdə!" şüarının mahiyyətindən danışılıb və Tənzilə xanıma səs verməyə çağırış edilib.
Səmimi şəraitdə keçən görüşlərdə Tənzilə Rüstəmxanlı millət vəkili seçiləcəyi təqdirdə, hər zaman onların yanında olacağını, problemlərinin həlli üçün çalışacağını və Neftçalanın gələcəyi uğrunda səylərini artıracağını vurğulayıb.
Hər iki görüş qarşılıqlı hörmət və anlaşma şəraitində keçib, sakinlərin şikayətləri dinlənilib, təklif və problemlər qeydə alınıb, xatirə fotoları çəkilib.
Milli Məclisə keçiriləcək seçkinin təşviqat kampaniyası çərçivəsində Tənzilə Rüstəmxanlının Neftçala sakinləri ilə görüşləri davam edəcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024