Yeni dövr yeni uğurlar gətirəcək -Fotolar
Tarix: 22-08-2024 | Saat: 23:15
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 83 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Şahin İsmayılovun rayonun Qaralılar kəndində seçicilərlə görüşü keçirilib.
aia.az yap.org-a istinadən xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov bildirib ki, artıq yeni inkişaf mərhələsinə, yeni hədəflərə doğru irəliləmək zamanıdır: “Azərbaycan dövləti yeni mərhələyə qədəm qoyur və hər birimiz ölkəmizin gələcəkdə daha güclü dövlətə çevrilməsi və nüfuzunun artması üçün çalışmalıyıq. Bunun üçün qarşıdan gələn parlament seçkilərində YAP-ın qələbə qazanması lazımdır və vacibdir”.
Deputatlığa namizəd Şahin İsmayılov qeyd edib ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi-iqtisadi siyasətini inkişaf etdirərək Azərbaycanı dünyanın güclü ölkələri sırasına çıxarıb: “Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Bu baxımdan əminəm ki, parlament seçkilərində seçicilərin mütləq əksəriyyəti YAP-ın namizədlərinə etimad göstərəcək”.
Seçki qərargahının üzvü Sənan Kərimov, görüş iştirakçılarından Zakir Əhmədov, Mehman Abışov, Tapdıq Məmmədov və başqaları çıxış edərək Qaralılar kənd seçicilərinin parlament seçkilərində Azərbaycanın bugünkü uğurlarına müvəffəq olan Yeni Azərbaycan Partiyasını dəstəkləyəcəklərini deyiblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024