Qusarlıların seçimi bəllidir -Fotolar
Tarix: 23-08-2024 | Saat: 18:18
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azər Badamovun rayonun Gican, Böyük Muruq və Quturğan kəndlərində seçicilərlə görüşü keçirilib.
aia.az yap.org-a istinadən xəbər verir ki, görüşləri giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov qeyd edib ki, Azərbaycanın yaratdığı yeni reallıqlar ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. O, vurğulayıb ki, seçki prosesində iştirak etməklə,YAP-ın namizədini dəstəkləməklə vətəndaşlarımız firavan gələcəyə imza atmış olacaqlar.
Çıxış edən deputatlığa namizəd Azər Badamov YAP-ın seçki platforması haqqında seçicilərə ətraflı məlumat verib. O,çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxili və xarici siyasətində qazandığı uğurlardan, ictimai-siyasi sabitlikdən, işğaldan azad edilmiş torpaqlara qayıdışın mühüm əhəmiyyətindən bəhs edib. Deputatlığa namizəd seçki platformasında əhalinin sosial rifahı üçün nəzərdə tutulan məqsədlərdən, seçiciləri narahat edən məsələlərdən danışaraq seçiciləri seçkilərdə fəal iştirak etməyə dəvət edib.
Görüşlərdə çıxış edən kənd sakinləri Şair Atluxanov, Azər Mehrəliyev, Təvəkkül Əhmədov YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024