Mobil versiya
Ünvanlı sosial yardımın məbləği artırılacaq
Tarix: 01-12-2016 | Saat: 14:39
Bölmə:İqtisadiyyat / Karusel | çapa göndər



Gələn il aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımın məbləğinin artırılması nəzərdə tutulur.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Gələn il Azərbaycanda ehtiyac meyarının isə 10,5% və ya 11 manat artırılaraq 116 manata çatdırılması təklif edilir. Bununla bağlı “2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə dəyişiklik Milli Məclisə daxil olub.

Qeyd edək ki, əvvəlcə gələn il üçün ehtiyac meyarının builki səviyyədə, yəni, 105 manat səviyyəsində saxlanılması nəzərdə tutulurdu.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024