Suraxanı gənclərinin seçimi bəllidir -Fotolar
Tarix: 23-08-2024 | Saat: 17:47
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Afət Həsənovanın YAP Suraxanı rayon təşkilatının inzibati binasında ilk dəfə səs verəcək gənc seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Suraxan rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, müasir Azərbaycan gəncliyi Heydər Əliyevin yolu ilə getməli, Prezident İlham Əliyevin onlar üçün yaratdığı imkanları, şəraiti Vətənin gələcəyi naminə düzgün dəyərləndirməlidirlər. Təşkilat sədri Suraxanı rayonu ərazisində yaşayan ilk dəfə səsvermə hüququ qazanmış gəncin seçkilərlə bağlı maarifləndirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra çıxış edən deputatlığa namizəd Afət Həsənova YAP-ın seçki platformasında ötən 30 ilin möhtəşəm uğurlarının, qarşıdakı dövrün hədəflərinin əks olunduğunu diqqətə çatdırıb. O həmçinin aparılan uğurlu gənclər siyasətindən bəhs edərək qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün dünyanın müxtəlif universitetlərində azərbaycanlı gənclər dövlət hesabına təhsil alırlar. Çıxışının sonunda A.Həsənova gəncləri seçkilərdə fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıb.
İlk dəfə səs verəcək gənclər Zəhra Məmmədzadə və Məryəm Əsgərzadə öz çıxışlarında gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.
Öz növbəsində görüşdə iştirak edən ilk dəfə səs verəcək gənc seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, A.Həsənovanın Qaraçuxur qəsəbəsində müxtəlif ünvanlarda yaşayan seçicilərlə fərdi görüşləri də keçirilib.(yap.org)
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024