Mobil versiya
Xalq YAP-a inanır və etibar edir -Foto
Tarix: 22-08-2024 | Saat: 18:11
Bölmə:Parlament | çapa göndər

Xalq YAP-a inanır və etibar edir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 103 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nurlan Həsənovun Şəmkir rayonunun Çənlibel kəndində seçiciləri ilə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədr müavini Zamir Güvəndiyev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi böyük islahatlar kursu ölkəmizin bütün sferalar üzrə hərtərəfli inkişafını təmin edib. Qeyd edilib ki, bu gün ölkəmizdə hamı sülh və əmin-amanlıq şəraitində yaşayır. Vurğulanıb ki, bu uğurlar Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin bariz nümunəsidir.
Deputatlığa namizəd Nurlan Həsənov çıxışında qeyd edib ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin müdrik ideyaları əsasında böyük tərəqqi yolu keçib. Qeyd edib ki, bu, müqəddəs yol haqq yoludur və bizi ilbəil uğurlu hədəflərə layiqincə çatdırır.
Nurlan Həsənov seçiciləri Dahi Lider Heydər Əliyevin yaratdığı müasir müstəqil Azərbaycanın bu gün olduğu kimi, gələcəkdə daha böyük uğurları təmin etməsi üçün seçkilərdə fəal olmağa, YAP-ın namizədinə səs verməyə çağırıb.
Görüşlərdə çıxış edən seçicilər vurğulayıblar ki, yeni dövrə yeni Azərbaycanla birgə addımlamaq üçün seçkilərdə fəal iştirak edərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024