Mobil versiya
“Qarabağ münaqişəsi kiməsə çirkli biznes kimi sərf edir”
Tarix: 30-11-2016 | Saat: 15:40
Bölmə:Manşet | çapa göndər



Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə bağlı maqalə yazıb.

“Ermənistan Vətəndaş Cəmiyyəti kontekstində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlanan məqalədə bu ilin aprelində cəbhədə baş verən hadisələrin münaqişənin həllində hər hansı əhəmiyyətli dəyişiklik yaratmadığı qeyd edilir:

“Nə iki ölkə prezidentlərinin görüşü, nə də ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticələr vermədi. Qarabağ probleminin həllində, danışıqların yenilənməsində ən nüfuzlu beynəlxalq təşkilatlar və ayrı-ayrı siyasi nümayəndələr iştirak edir. Lakin hələ ki, heç kim Dağlıq Qarabağda atəşkəs rejiminin yaxın gələcəkdə ədalətli sülh yolu ilə həllinə təminat verə bilməz.

Əslində, müharibə nə cəbhədə (hələ də işğal olunmuş torpaqlar azad edilməyib), nə diplomatiya, nə də media məkanında başa çatmayıb. Kimlərəsə Dağlıq Qarabağla bağlı münaqişə biznes kimi, çirkli biznes və çirkli siyasət yürütmək baxımından sərfəlidir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024