Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə müttəfiqliyinin tarixi zirvəsi
Tarix: 17-06-2025 | Saat: 16:53
Bölmə:Siyasət | çapa göndər

2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə, Azərbaycan ilə Türkiyə arasında tarixi qardaşlıq münasibətlərinin rəsmi-siyasi sənəd səviyyəsində möhkəmləndirilməsi ilə yadda qaldı. Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu bəyannamə, yalnız iki dövlət arasında hüquqi sənəd deyil, həm də regiona və beynəlxalq ictimaiyyətə ünvanlanmış güclü strateji mesajdır. Bu sənəd Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərməklə yanaşı, Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyanın formalaşdığını da nümayiş etdirdi.
Şuşa Bəyannaməsi iki dövlətin müttəfiqlik münasibətlərini hüquqi əsaslara söykənən və strateji koordinasiyaya yönəlmiş şəkildə inkişaf etdirməklə, regionda və onun hüdudlarından kənarda mühüm geosiyasi nəticələr doğurur. Bu sənəd vasitəsilə Azərbaycan və Türkiyə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təminatçısı olduqlarını ortaya qoyurlar. Müttəfiqlik münasibətləri, yalnız hərbi və siyasi müstəvidə deyil, həm də təhlükəsizlik, diplomatiya və enerji siyasəti sahələrində də vahid yanaşma modelinin əsasını təşkil edir.
Şuşa Bəyannaməsi həm də bölgədə inteqrasiya proseslərinin dərinləşməsi baxımından ciddi perspektivlər yaratdı. Bu sənədin siyasi və iqtisadi dinamizmi region ölkələri üçün yeni əməkdaşlıq formatları təklif edir. Azərbaycan və Türkiyə arasında koordinasiya olunmuş regional siyasət, həm də Zəngəzur dəhlizi kimi mühüm nəqliyyat layihələrinin reallaşmasına töhfə verir. Bu, bölgədə dayanıqlı sülhün və qarşılıqlı etimadın əsasını təşkil edir.
Şuşa Bəyannaməsi, eyni zamanda Azərbaycanın və Türkiyənin beynəlxalq nüfuzunun artmasına xidmət edir. İki dövlətin hərbi və siyasi koordinasiyası, birgə həyata keçirdikləri regional layihələr və ortaq diplomatik təşəbbüslər onların beynəlxalq təşkilatlarda və qlobal forumlarda təsir imkanlarını genişləndirir.
Azərbaycan ilə Türkiyə arasındakı yaxın tərəfdaşlıq işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrində, sosial-iqtisadi proqramlarda və şəhərsalma prosesində öz bariz təzahürünü tapır. Türkiyənin dövlət və özəl sektoru tərəfindən Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən layihələr, bu əməkdaşlığın praktiki və davamlı xarakter daşıdığını göstərir. Bu isə bölgənin dayanıqlı inkişafını təmin etməklə yanaşı, Azərbaycanın milli iqtisadiyyatında yeni dinamikaların formalaşmasına təkan verir.
Bəyannamə təkcə iqtisadi və hərbi sferanı deyil, həm də xarici siyasətdə koordinasiyanı təmin edir. Azərbaycan və Türkiyənin regional və beynəlxalq məsələlərdə ortaq mövqe nümayiş etdirməsi, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəal fəaliyyəti ilə gücləndirilir. Bu diplomatik sinxronluq Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına zəmin yaradır. İki dövlətin müstəqil, lakin bir-biri ilə uyğunlaşdırılmış xarici siyasət kursu, onların beynəlxalq arenada müstəqil subyektlər kimi nüfuzunu artırır, regiondaxili və qlobal səviyyədə təşəbbüskar mövqe tutmalarına imkan verir.
Şuşa Bəyannaməsində yer alan müdafiə və təhlükəsizlik əməkdaşlığı region üçün strateji balansın əsas amilinə çevrilir. İkinci Qarabağ müharibəsində qazanılmış təcrübə, xüsusilə Türkiyənin texnoloji üstünlüyə malik müdafiə sənayesi məhsullarının effektiv tətbiqi, iki ölkənin bu sahədə birgə gələcəyinə dair strateji vizyonunu müəyyən edir. İnsansız uçuş aparatlarının istehsalı və modern texnologiyaların Azərbaycanda lokallaşdırılması istiqamətində razılaşmalar, müdafiə sənayesində inteqrasiyanı dərinləşdirir. Gələcəkdə davam etdiriləcək ortaq hərbi təlimlər və qarşılıqlı hərbi yardım mexanizmləri, bu əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçəcəyindən xəbər verir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa Bəyannaməsində 1921-ci il Qars müqaviləsinə istinad edilməsi sənədə xüsusi rəmzi və siyasi məna verir. Yüz il sonra imzalanan bu bəyannamə, Azərbaycanın azad edilmiş mədəniyyət beşiyi Şuşada baş tutaraq, keçmişdən gələcəyə körpü saldı. Bu sənəd yalnız diplomatik razılaşma deyil, həm də ortaq tarix, mədəniyyət və strateji iradənin təntənəsidir. Şuşa Bəyannaməsi bu mənada, Azərbaycan-Türkiyə münasibətlərinin yalnız bugünkü vəziyyətini deyil, həm də onların tarixi köklərinə söykənən və gələcəyə yönəlmiş birliyini nümayiş etdirir.
Azərbaycan və Türkiyə arasında 2021-ci il iyunun 15-də imzalanan müttəfiqlik haqqında Şuşa Bəyannaməsi, xüsusilə Ermənistanda zaman-zaman baş qaldıran revanşist dairələrə qarşı açıq və qətiyyətli mesajdır. Bəyannamə ilə Türkiyə, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn istənilən təhlükə halında, ölkəmizin yanında hərbi-siyasi müttəfiq kimi dayanacağını bəyan etməklə, bölgədə müharibəyə təşəbbüs göstərə biləcək qüvvələri öncədən neytrallaşdıran preventiv siyasət xəttini ortaya qoymuşdur.
Şuşa Bəyannaməsinin beynəlxalq əhəmiyyəti onun çoxşaxəli məzmununda və strateji müddəalarında əks olunur. Sənəd yalnız Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi təsbitini deyil, həm də regionda təhlükəsizlik, sabitlik və inteqrasiya meyillərinin təşviqini hədəfləyir. Siyasi, iqtisadi, enerji, müdafiə və diplomatik sahələrdə qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi, iki ölkənin milli gücünün artmasına, beynəlxalq müstəvidə isə söz sahibi kimi nüfuzunun möhkəmlənməsinə zəmin yaradır.
Şuşa Bəyannaməsi təkcə iki qardaş ölkə arasında münasibətlərin növbəti mərhələyə keçidini əks etdirməklə yanaşı, regionda yeni geosiyasi düzənin bünövrəsini qoymuş bir sənəddir. Bu sənədin imzalanması ilə Azərbaycan və Türkiyə arasında olan əlaqələr sadəcə tarixi və mənəvi yaxınlıqla deyil, artıq beynəlxalq hüquqi sənəd əsasında təsbit olunmuş strateji müttəfiqlik səviyyəsində inkişaf edir. Bəyannamə regionda sülhün, təhlükəsizliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etməklə yanaşı, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq modelinin əsas sütunlarından birinə çevrilmişdir.
Beləliklə, Şuşa Bəyannaməsi yalnız Azərbaycan və Türkiyə arasında imzalanmış bir sənəd deyil, həm də yeni geosiyasi nizamın təməl daşlarından biri hesab oluna bilər. Bu sənəd, iki dövlətin milli maraqlarının üst-üstə düşdüyünü, strateji hədəflərinin ortaq olduğunu, təhlükəsizlik və inkişaf məsələlərində birgə addım atmaq niyyətində olduqlarını sübut edir. İllər keçdikcə bu Bəyannamədən irəli gələn müddəaların sistemli şəkildə reallaşması iki ölkənin milli gücünün artmasına, regionda sabitliyin möhkəmlənməsinə və beynəlxalq aləmdə nüfuzlarının daha da güclənməsinə şərait yaradacaq.
Mehman Ramazanov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-06-2025