Mobil versiya
Ərdoğan: Rregionun təhlükəsizliyi risk altındadır
Tarix: 17-06-2025 | Saat: 15:28
Bölmə:Dünya | çapa göndər

Ərdoğan:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan telefon danışığı zamanı İsrail-İran müharibəsini müzakirə ediblər.

aia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti İsrailin İrana hücumları ilə başlayan gərginliyin bütün regionun təhlükəsizliyini risk altına qoyduğunu və bölgənin başqa bir müharibəyə dözə bilməyəcəyini qeyd edib.

R.T.Ərdoğan, həmçinin diplomatik əlaqələr vasitəsilə münaqişələri sonlandırmaq üçün çalışdıqlarını vurğulayıb: "İranla nüvə mübahisəsinin həlli danışıqlar masasına qayıtmağı tələb edir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-06-2025