Mobil versiya
Qubalıların seçimi YAP-ın namizədidir -Foto
Tarix: 22-08-2024 | Saat: 14:26
Bölmə:Seçki 2024 | çapa göndər

Qubalıların seçimi YAP-ın namizədidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 59 saylı Quba seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadənin Quba şəhəri, Fətəlixan küçəsində və İspik kəndində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş nitqi ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova 32 illik zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının bu gün nəinki Azərbaycanda, eyni zamanda, regionun ən güclü və nüfuzlu qüvvəsinə çevrildiyini bildirib və seçiciləri 1 sentyabır tarixində keçiriləcək parlament seçkilərində fəallıq göstərməyə çağırıb.

Deputatlığa namizəd Əlibala Məhərrəmzadə ümumxalq partiyasına çevrilən hakim partiyanın möhtəşəm nailiyyətlər əldə etməsindən, monolit və avanqard siyasi qüvvə kimi Azərbaycanın dinamik inkişafına dəyərli töhfə verməsindən, milli maraqlara xidmət edən çoxşaxəli və səmərəli fəaliyyətindən və qarşıda duran hədəflərdən danışıb.

Təşviqat qrupunun üzvləri Laçın Səfərəliyev, Yusif Alıyev, Elza Orucova, Ramiz Həmzəyev və digərləri seçkilərə böyük qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyasının xalqın dəstəyinə, seçicilərin etimadına güvəndiyini qeyd ediblər.

Seçicilər daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini ifadə ediblər.

Yap.org



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024