Mobil versiya
Bu simptomlar B2 vitamini çatışmazlığından xəbər verir
Tarix: 22-08-2024 | Saat: 07:17
Bölmə:Gündəm | çapa göndər

Bu simptomlar B2 vitamini çatışmazlığından xəbər verir

"Dərinin zədələnməsi, dodaqlarda qabıqlanma, saç tökülməsi, eləcə də gözün iltihabı və gözün selikli qişasında xoraların yaranması orqanizmdə B2 vitamini çatışmazlığından xəbər verə bilər".

aia.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı terapevt Mixail Lebedev deyib.

"Riboflavinin hipovitaminozu olduqca nadir bir hadisədir, lakin endokrin sistem xəstəlikləri olan xəstələrdə tez-tez baş verir. Bu zaman aşağıdakı simptomlar müşahidə oluna bilər: dəri zədələnmələri, dodaqlarda qabıqların əmələ gəlməsi, saç tökülməsi, gözün selikli qişasında xoralar. Risk qrupuna heyvan mənşəli məhsullardan imtina edənlər də daxildir", - deyə mütəxəssis bildirib.

Həkim deyir ki, uzun müddət davam edən vitamin çatışmazlığı zamanı paresteziya, əzələ zəifliyi, əzələlərdə yandırıcı ağrı, qıcolmalar və normositik anemiya inkişaf edir.

Həkimin sözlərinə görə, B2 vitamini piridoksin sintezində, turşu reaksiyalarında, qırmızı qan hüceyrələrinin, immunoqlobulinlərin (antitellərin) əmələ gəlməsində iştirak edən fermentlərin istehsalında, yağların parçalanmasında və qida maddələrinin enerjiyə çevrilməsində iştirak edir, dərini, gözləri və sinir sistemini zədələrdən qoruyur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024