Mobil versiya
Təzyiqi aşağı salan və demensiyadan qoruyan qidalar - HƏKİM MƏSLƏHƏTİ
Tarix: 22-08-2024 | Saat: 07:03
Bölmə:Gündəm | çapa göndər

Təzyiqi aşağı salan və demensiyadan qoruyan qidalar - HƏKİM MƏSLƏHƏTİ

"Tədqiqatlar göstərir ki, göyərti qan təzyiqini aşağı salmağa kömək edir".

aia.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın "DocMed" klinikasının kardioloqu və terapevti Yaroslav Aşıxmin məlumat verib.

"Birincisi, hipertoniya (yüksək qan təzyiqi) üçün çox faydalı qidalara giləmeyvələr daxildir. Həftədə 150-200 qram giləmeyvə antioksidant ehtiyacını ödəyir. İkincisi, taxıl məhsulları, yəni cilalanmamış qarabaşaq yarması, qəhvəyi düyü, çörək və makaron yemək vacibdir. Üçüncüsü, göyərtilərin qan təzyiqini aşağı salmağa kömək edə biləcəyinə dair elmi sübutlar var. Onlar həm də parkinson və alzheymer xəstəlikləri riskini azaldır", - deyə Aşixmin bildirib.

Həkim qeyd edib ki, ən sağlam pəhrizlərdən biri Aralıq dənizi pəhrizidir. Buraya çoxlu meyvə, tərəvəz, taxıllı məhsullar, az yağlı süd məhsulları və yağlı balıq daxildir. Bu, əlavə olaraq qidada duzun məhdudlaşdırılması və göyərti istehlakının artırılmasını nəzərdə tutur.

"Qırmızı ətin ümumi sağlamlığa və hipertoniyaya necə təsir etdiyi ilə bağlı mübahisələr var. Emal olunmuş ət, yəni kolbasa mütləq ki, qan damarlarına zərərlidir. Pendir, süd məhsulları və quş əti isə hipertonik xəstələr üçün zərərli deyil", - kardioloq bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024