Günay Əfəndiyevanın seçicilərlə növbəti görüşü -Fotolar
Tarix: 20-08-2024 | Saat: 22:51
Bölmə:Parlament | çapa göndər
14 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizədliyini vermiş Günay Əfəndiyeva Xəzər rayonunun Türkan qəsəbəsinin sakinləri ilə görüşüb.
aia.az xəbər verir ki, görkəmli sənətkar, muğam ustadı Ağaxan Abdullayevin adını daşıyan Mədəniyyət Mərkəzində növbəti görüş keçirilib.
Namizəd görüşlə bağlı sosial şəbəkədə bunları paylaşıb:
“Hər görüşümüzdə aramızdakı bağları gücləndirir, bir-birimizə daha da yaxınlaşır, doğmalaşırıq. Ən qiymətlisi də ağsaqqallarımızın, ağbirçəklərimizin xeyir-duasını almağımızdır. Onlar, qədim adət-ənənələrimizin daşıyıcıları, tariximizin və mədəniyyətimizin canlı şahidləridir. Türkanlı, əziz Səlmi Ana duaları ilə başımın üzərindən keçirdiyi müqəddəs “Qurani Kərim”i böyük bir etibarla mənə təqdim etdi. O, bu müqəddəs hədiyyəni verərkən, mənə xalqımızın dini-mədəni dəyərlərini, ruhunu əks etdirən qiymətli bir yadigarı, eyni zamanda öz etimadını, öz güvənini bağışlamış oldu. Bu etimad daima mənimlə olacaq.
Görüşlərdəki fəallığına, hər dəfə yanımızda olduğuna görə kəndin ağsaqqalı hörmətli Balamirzə müəllimə, eləcə də Hacı Dürüyə Anaya xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Və əlbəttə, bütün Türkan camaatı, var olun!
Həmçinin, seçki kampaniyamda mənə dəstək olan gözəl insanlara da bir daha təşəkkür etmək istəyirəm. Bakı Bələdiyyə Teatrının direktoru Aynur Muxtarova, teatrın baş rejissoru, Azərbaycanın xalq artisti Mərahim Fərzəlibəyov və aktrisası, Azərbaycanın əməkdar artisti Hüsniyyə Mürvətova, Akademik Dövlət Rus Dram Teatrının aktyoru, Azərbaycanın əməkdar artisti Firdovsi Atakişiyev, yazıçı-dramaturq Ülviyyə Heydərova - hər birinizin dəstəyi mənim üçün əvəzsizdir!
Çoxəsrlik dəyərlərimizi, ənənələrimizi, irsimizi keçmişdən gələcəyə daşımaq üçün,
Gəlin, körpüləri birlikdə salaq!”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-11-2024