Mobil versiya
Günay Əfəndiyeva şüvəlanlı seçicilərlə görüşüb -Fotolar
Tarix: 19-08-2024 | Saat: 22:30
Bölmə:Seçki 2024 | çapa göndər

Günay Əfəndiyeva şüvəlanlı seçicilərlə görüşüb

14 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizəd Günay Əfəndiyeva Xəzər rayonunun Şüvəlan qəsəbəsinin sakinləri ilə görüşüb.

aia.az xəbər verir ki, bununla bağlı G.Əfəndiyeva feysbuk səhifəsində paylaşım edib:

- Növbəti görüşümüzü dəyərli seçicilərlə - Xəzər rayonunun Şüvəlan qəsəbəsinin sakinləri ilə Şüvəlan Mədəniyyət Evində gerçəkləşdirdik.

Görüş hərzamankı kimi isti və səmimiyyətlə keçdi. Görüşdə iştiraklarına görə hörmətli Əli İsmayılovun timsalında Şüvəlan ziyalılarına, eləcə də qəsəbə ictimaiyyətinin nümayəndələrinə dərin təşəkkürümü bildirirəm.

Məni dəstəkləmək üçün görüşümüzə təşrif buyurmuş gözəl insanlara – uşaqlığımdan tanıdığım və çox sevdiyim Azərbaycanın Xalq şairi Nəriman Həsənzadəyə, Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılova, Bakı Bələdiyyə Teatrının direktoru Aynur Muxtarovaya, Azərbaycanın Əməkdar artisti Hüsniyyə Mürvətovaya, “Mədəniyyət.AZ” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyevaya, Türk Dünyası Müəlliflər Birliyinin sədri, şair Xəyal Rzaya, yazıçı-dramaturq Ülviyyə Heydərovaya ürəkdən minnətdaram.

Bizim qarşılıqlı etimadımız gələcəkdə həyata keçiriləcək birgə fəaliyyətimiz üçün möhkəm zəmin yaradır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024