Mobil versiya
MSK informasiya texnologiyaları mütəxəssisləri üçün seminarlara başlayıb
Tarix: 21-08-2024 | Saat: 11:20
Bölmə:Seçki 2024 / Manşet | çapa göndər

MSK informasiya texnologiyaları mütəxəssisləri üçün seminarlara başlayıb

Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdan gələn Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində avqustun 21-dən etibarən növbəti layihəyə - dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün praktiki seminarlara başlayıb.

Bu barədə aia.az-a MSK-dan məlumat verilib.

Bildirilib ki, layihənin əsas hədəfi seçki günü məlumatlarının operativ şəkildə ictimailəşdirilməsi və beləliklə aşkarlığın və şəffaflığın həmin gün də yüksək səviyyədə təmin edilməsidir.

Seminarlar çərçivəsində dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin (DAİS) ümumi fəaliyyəti və yenilənərək daha da təkmilləşdirilən imkanları barədə ətraflı məlumatlandırılır, DAİS üzərindən tətbiq olunan proqram təminatlarından birbaşa və praktiki istifadə təmin edilir, eləcə də yaranan suallara yerindəcə əyani şəkildə aydınlıq gətirilir.

İnformasiya texnologiyaları üzrə mütəxəssislərə xüsusi proqram modullarından praktiki məşğələlərlə test rejimində işləməyə də şərait yaradılır ki, bu da Milli Məclisə seçkilər günü həm seçicilərin fəallığı, həm də səsvermənin nəticələrinə dair protokol məlumatlarının Mərkəzi Seçki Komissiyasına ötürülməsi üçün proqram təminatlarını dərindən mənimsəmələrinə imkan verir.

Dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssislərinin bilik, bacarıq və işgüzar vərdişlərinin gücləndirilməsində mühüm rolu olan praktiki seminarların avqustun 23-dək davam etməsi nəzərdə tutulur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024