Qubalıların seçimi bəllidir -Foto
Tarix: 20-08-2024 | Saat: 20:30
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 59 saylı Quba seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadənin Quba rayonunun Qəçrəş, Qımılqazma və Küsnətqazma kəndlərindən olan seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova qarşıdan gələn parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib. YAP-ın bu seçkilərə “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə qatıldığını qeyd edən F.Hüseynova partiyanın irəli sürdüyü namizədlərin ən layiqli namizədlər olduğunu diqqətə çatdırıb.
aia.az yap.org-a istinadən xəbər verir ki, görüşdə çıxış edən deputatlığa namizəd Əlibala Məhərrəmzadə Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasəti nəticəsində ölkəmizin dinamik inkişaf yolunda inamla irəlilədiyini bildirərək, Azərbaycanın güclü və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrildiyini diqqətə çatdırıb: “Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən müasir dövrün tələbinə uyğun siyasi islahatlar, icra edilən iqtisadi proqram və sərəncamlar ölkəmizin nüfuzunun sərhədlərini genişləndirməklə bərabər, insan amilinin də inkişafına güclü təkan verib”.
Görüş iştirakçılarından Laçın Səfərəliyev, Elza Orucova və başqaları çıxışlarında YAP-ın namizədinə səs vermək üçün 1 sentyabrda seçki məntəqələrinə gələrək seçiciləri səs vermədə iştirak etməyə çağırıblar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024