Gülşən Paşayevanın seçiciləri ilə növbəti görüşü keçirilib -Fotolar
Tarix: 20-08-2024 | Saat: 18:00
Bölmə:Parlament | çapa göndər
Xəzər ikinci seçki dairəsi üzrə bitərəf namizəd Gülşən Paşayevanın seçiciləri ilə növbəti görüşü keçirilib
Binə Mədəniyyət Mərkəzində təşkil edilmiş görüşdə namizədin vəkilləri Pərnaz Mayılova, Faiq Əliyev, Azərbaycan Qadın və İnkişaf Mərkəzinin Ahıllar şurasının sədri Sevil Əzizova, Bakı Şəhər Herontoloji Mərkəzinin poliklinikasının şöbə müdiri Nailə Əhmədova, 1, 2, 9, 10, 11, 12, 13, 29 saylı seçki məntəqələrinin əhatə dairəsində yaşayan qəsəbə sakinləri və ziyalılar iştirak etdiblər.
İlk olaraq namizədin vəkilləri seçiciləri Gülşən Paşayevanın əmək fəaliyyəti ilə tanış edərək, onun pedaqoji, elmi və beynəlxalq sahədə əldə etdiyi nailiyyətlərdən danışıblar. Daha sonra Azərbaycanda yaşlı nəslin problemləri, onların asudə vaxtının səmərəli keçirilməsi istiqamətində çalışan Sevil Əzizova və Nailə Əhmədova yaşlıların rifah halının təşviq edilməsi istiqamətində apardıqları fəaliyyət haqqında öz fikirləri ilə bölüşüblər.
Sonda çıxış edən namizəd iştirakçıları seçki platforması ilə tanış edərək, həssas qruplarla daha yaxından işləməyin vacib olduğunu diqqətə çatdırıb. Belə qruplar arasında o, yaşlı nəslin nümayəndələrini da xususi olaraq qeyd edərək, onların qarşılaşdıqları çətinlik və ehtiyacları yaxından öyrənməyin və onların rifah halının yaxşılaşdırılması üçün əməli işlərin görülməsinin əhəmiyyətini vurğulayıb. Namizəd bir neçə il əvvəl Azərbaycanda “Bütün yaşlar üçün cəmiyyətin qurulması: Fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” mövzusunda müvəffəqiyyətlə reallaşmış layihəni misal gətirərək, onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST Agentliyi, ASAN xidmət, Dövlət Statistika Komitəsi və BMT-nin Əhali Fondunun birgə tərəfdaşlığı ilə həyata keçirildiyini diqqətə çatdırıb.
Onun çıxışından sonra görüş ümumi müzakirələrlə davam etmiş və seçiciləri narahat edən məsələlər qeydə alınıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər