Mobil versiya
Deputatlığa namizəd Qaya Məmmədov Çiçək Əliyevanı ziyarət etdi
Tarix: 20-08-2024 | Saat: 14:00
Bölmə:Seçki 2024 | çapa göndər

Deputatlığa namizəd Qaya Məmmədov Çiçək Əliyevanı ziyarət etdi

Namizəd olduğum seçki dairəsinin ən yaşlı seçicisi, 1927-ci ildə Qərbi Azərbaycanın Qarakilsə rayonunun Gözəldərə kəndində anadan olmuş Çiçək Əliyevanı evində ziyarət etdim. II Dünya Müharibəsinin ağrı-acısının, doğma kəndindən qaçqın düşməyin çətinliyinin öhdəsindən gəlmiş, əmək veteranı Çiçək nənə beş övlad böyütmüşdür.

Çiçək nənə əvvəlki seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də səs verəcəyini bildirdi.

Doğma Gözəldərənin həsrəti ilə yaşadığını qeyd edən Çiçək nənə, öz yurduna qayıdacaqlarına tam inandığını bildirdi. Çiçək nənənin mətanəti bizim üçün ilham mənbəyidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024