Mobil versiya
Aqil Abbas qazilərlə görüşdü - FOTOLAR
Tarix: 20-08-2024 | Saat: 19:37
Bölmə:Parlament | çapa göndər

Aqil Abbas qazilərlə görüşdü

85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) Hövsanda Füzulidən olan Birinci Qarabağ müharibəsinin əlilləri və qaziləri ilə görüşüb.

aia.az xəbər verir ki, görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazilərlə ətraflı söhbət edən Aqil Abbas onların ürək sözlərini dinləyib, özlərinin və ailələrinin qayğıları ilə yaxından maraqlanıb.

Aqil Abbas qazilərə, şəhid ailələrinə diqqət və qayğını hər bir məmurun, parlament üzvünün, ictimai-siyasi fəalın, əlaqədar qurumların əsas vəzifələrindən biri kimi xarakterizə edib: "Sizin və cəbhə yoldaşlarınızın fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub. Şəhid silahdaşlarınızın qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb".

A. Abbas Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müharibə iştirakçılarına, qazilərə, şəhid ailələrinə yüksək diqqət və qayğısından, həssasiyyətindən söz açıb, bu həssasiyyətin hər bir millət vəkili, hər bir dövlət qulluqçusu üçün əsl örnək olduğunu deyib.

Aqil Abbas qazilərlə hər bir görüşün onun üçün əziz, doğma görüş olduğunu, onların şəhid olan cəbhə yoldaşlarının əziz ruhuna dərin ehtiramını bildirib.

Daha sonra namizəd qaziləri maraqlandıran müxtəlif sualları cavablandırıb, mandat qazanacağı təqdirdə onların toxunduğu məsələləri, həmişə olduğu kimi, parlamentdə və müvafiq dövlət orqanları qarşısında qaldıracağını bildirib.

Görüş qarşılıqlı maraq doğuran mövzular üzrə müzakirələrlə davam edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024