Mobil versiya
PKK təbliğatçısı olan azərbaycanlı sabiq məmur həbs olundu
Tarix: 30-11-2016 | Saat: 13:28
Bölmə:Seçilənlər | çapa göndər

PKK təbliğatçısı olan azərbaycanlı sabiq məmur həbs olundu

Noyabrın 29-da, günün ikinci yarısında Laçın Rayon Təhsil Şöbəsinin sabiq metodisti, PKK lideri Abdullah Öcalanın təbliğatçısı kimi tanınan Müqabil Baxışov həbs edilib. Laçın Rayon Məhkəməsi onun barəsində 2 ay 19 günlük həbs qətimkan tədbiri seçib.

Bu barədə müsavat.com-a Laçın sakinlərindən biri məlumat verib. Xəbəri dəqiqləşdirmək üçün M. Baxışovun vəkili Ayna Nəsibova ilə əlaqə saxladıq. O, sabiq metodistin tutulduğunu təsdiqlədi.

Onun dələduzluq əməlinə görə tutulduğu, barəsində Cinayət Məcəlləsinin 178.2 maddəsi ilə cinayət işi başlandığı qeyd edilir.

Nəzərə çatdıraq ki, Müqabil Baxışov PKK lideri Abdullah Öcalana xüsusi simpatiyası ilə seçilən və bunu heç gizlətməyən bir şəxsdir. O, sosial şəbəkələrdə PKK-nın təbliğatını da aparırdı.

Musavat.com-da da bununla bağlı məlumatlar dərc edilmişdi.

2014-cü ildə - hələ təhsil şöbəsində işləyərkən onun yaxınlarının, tanışlarının adına 100 min dollardan çox kredit götürərək ölkədən qaçdığı, Kürdüstan adlandırılan əraziyə getdiyi bildirilirdi.

Adı bu qalmaqallarda hallanandan sonra o, 2015-ci ildə işdən azad edilmişdi.
Bir müddət sonra isə sonra isə o, yenidən Azərbaycanda peyda olmuşdu. Xeyli müddətdir Laçın rəhbərliyinə qarşı korrupsiya ittihamları səsləndirirdi. Bu yaxınlarda isə mətbuat konfransı keçirərək həbsinə hazırlıq görüldüyünü bildirmişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024