Mobil versiya
Əminə Ağazadənin seçicilərlə görüşləri davam edir -Fotolar
Tarix: 20-08-2024 | Saat: 11:15
Bölmə:Parlament | çapa göndər

Əminə Ağazadənin seçicilərlə görüşləri davam edir

62 saylı Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Əminə Ağazadənin seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü Kürdəmir rayonunun Karrar kənd və Karrar qəsəbə sakinləri ilə baş tutub.

Əminə Ağazadə qarşıdan gələn 1 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərinin əhəmiyyətindən söz açaraq ərazi bütövlüyünü bərpa etmiş xalqımızın, dövlətimizin bu seçkilərə verdiyi önəmi bir daha xatırladıb, hər bir seçicini öz hüquqlarından azad şəkildə istifadə etməyə çağırıb.

Görüş zamanı Əminə xanım VI çağırış Milli Məclisin deputatı kimi fəaliyyətindən, seçkilərdə ona yenidən etimad göstəriləcəyi zaman qarşıda duran məsələlərin həlli yolları haqqında kənd sakinlərinə məlumat verib.

Səmimi şəraitdə keçən görüşlərdə kənd əhalisi Əminə xanıma etimad etdiklərini vurğulayaraq uğurlar arzulayaraq ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024