Sumqayıtda keçirilən sorğu deputatlığa namizəd Hicran Hüseynovanın tam üstünlüyünü göstərdi
Tarix: 18-08-2024 | Saat: 10:08
Bölmə:Parlament | çapa göndər

aia.az saytı ənənəvi olaraq seçkilər ərəfəsində əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu Sumqayıt şəhərində ezamiyyətdə olmuş, 42 saylı Sumqayıt birinci seçki dairəsinə daxil olan ərazilərdə seçicilər arasında rəy sorğusu keçirmişlər.
Məqsəd VII çağırış Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində Sumqayıtda formalaşan ictimai rəyin qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir.
Qeyd edək ki, sorğuda iştirak edən respondentlərin 47,4%-ni kişilər, 52,6%-ni isə qadınlar təşkil edib. Respondentlərin 32,7%-i 18-29 yaş, 24,3%-i 30-39, 20,8%-i 40-49, 17,8%-i 50-59 yaş, 4,4%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni
39,5%-i ali təhsilli, 31,3%-i orta təhsilli, 20,7%-i orta ixtisas təhsilli, 3,2%-i natamam ali təhsilli, 5,3%-i isə tam orta təhsili olmayanlardır.
İlk növbədə respondentlərimizə ünvanladığımız “42 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin 61 faizi VII çağırış Milli Məclisin deputatı Hicran Hüseynovanı yaxşı tanıdıqlarını bildirmişlər. Seçicilər qeyd etmişlər ki, bu namizəd hələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışdığı dövrdə təkcə Sumqayıtlıların deyil, bütün ölkə ictimaiyyətinin hörmət və rəğbətini qazana bilmişdir. Seçicilər həm də xüsusi olaraq qeyd etmişlər ki, Hicran Hüseynovanın VI çağırış Milli Məclisin deputatı kimi Sumqayıt və sumqayıtlılar üçün gördüyü işlər şəhər sakinləri tərəfindən çox yüksək dəyərləndirilir.
“Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 58,3%-i Hicran Hüseynovanın, 24.7%-i digər namizədlərin adını çəkmiş, 13,2 faiz seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 3,8%-i isə “heç kimə” cavabını vermişdir.
Göründüyü kimi sorğunun nəticələri 42 saylı Sumqayıt birinci seçki dairəsində deputatlığa namizəd Hicran Hüseynovanın ictimai rəydə açıq-aşkar üstünlük təşkil etdiyini göstərir. Əlbəttə ki, əməkdaşlarımızın keçirdikləri rəy sorğusunun nəticələri barədə hesabat xarakterli materialı əslində burada da tamamlamalı idik. Lakin qərara gəldik ki, illər boyu formalaşmış sxemə bu dəfə bir yenilik gətirək. Bu məqsədlə sorğuda iştirak edən bəzi respondentlərimizin maraq doğuran cavablarını olduğu kimi sizlərə təqdim edirik:
Nazilə Qasımova: Qadan alım, mənim 71 yaşım var. Deputat necə olmalıdır, necə işləməlidir yaxşı bilirəm. Mən cavanların əleyhinə deyiləm. Amma bu Milli Məclisdə gərək təcrübəli, işini bilən, bu millətə can yandıran adam otursun. Hicran xanıma da elə buna görə səs verəcəyəm. Həm də tək yox, elə bütün ailəmlə, qohum-əqrabamla...
Cabir Həsənov: Ay oğul, mənim yaralı yerim şəhid ailələridi, qazilərimizdi. Düzdü, dövlətimiz sağ olsun, onları diqqətsiz qoymur. Amma bu insanlara hamı qayğı göstərməlidir. Xüsusən də deputatlar. Gəlməlidirlər, getməlidirlər, gözləməməlidirlər ki, onlara müraciət etsinlər. Özləri maraqlanmalıdırlar. Bax bizim deputata, Hicran Hüseynovanı deyirəm də, ona görə gözüyumulu səs verəcəyəm. Çünki bu xanım qadınlığı ilə şəhid ailələrini hər zaman ziyarət edir, qazilərlə maraqlanır, hər cür köməklik göstərir. Bu çox vacib şərtdir. Digərləri də gərək bunu həmişə nəzərdə saxlasınlar...
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024