Davamlı inkişaf yeni uğurlara yol açacaq -Foto
Tarix: 19-08-2024 | Saat: 18:30
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səbinə Xasayevanın YAP Binəqədi rayon təşkilatının qərargahında şəhid ailələri və qazilərlə görüşü keçirilib.
aia.az yap.org-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, Azərbaycan dünyada müstəqil siyasət həyata keçirərək inamlı qələbələr qazanan və tərəqqi yolunda irəliləyən ölkə kimi tanınır. O, cəmiyyətin bütün təbəqələrinin, o cümlədən şəhid ailələri və müharibə iştirakçılarının dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
Deputatlığa namizəd Səbinə Xasayeva YAP-ın seçki platforması barədə məlumat verib. O qeyd edib ki, YAP xalqın dəstəyi ilə qarşıda duran bütün milli məqsədləri gerçəkləşdirəcəkdir: “Davamlı inkişaf yeni uğurlara yol açacaqdır”.
Səbinə Xasayeva vurğulayıb ki, Azərbaycan dövləti və cəmiyyəti hər zaman mübariz Vətən övladlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur: “Ölkəmizin ərazi bütövlüyü və suverenliyi yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi bunun bariz nümunəsidir. Şübhə yoxdur ki, şəhidlərimizin ruhunun şad olduğu indiki məqamda dövlətimizin qüdrəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, xalqımızın sarsılmaz birliyi Azərbaycanı yeni möhtəşəm nailiyyətlərə aparacaq, tarix güclü Azərbaycanın yeni şanlı qələbələrinə şahidlik edəcəkdir”.
Tədbir iştirakçılarından Ağayar Məmmədov, Mirvari Nadirova və digərləri çıxış edərək bildiriblər ki, Azərbaycana mühüm uğurlar qazandıran YAP-a bird aha etimad göstərəcəklər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-11-2024
09:05 Bayrağımız qürurumuzdur
09-11-2024