Mobil versiya
Yenidən Yeni Azərbaycan Partiyası -Fotolar
Tarix: 19-08-2024 | Saat: 18:05
Bölmə:Seçki 2024 | çapa göndər

Yenidən Yeni Azərbaycan Partiyası

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 103 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nurlan Həsənov YAP Şəmkir rayon təşkilatının qərərgahında şəhid ailələrinin üzvləri və rayonun Düyərli kəndində seçicilərlə görüşü keçirilib.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Qazanılan uğurlara diqqəti cəlb edən F.Vəliyev “ölkəmizdə ictimai-siyasi sabitlik, milli təhlükəsizlik, vətəndaş həmrəyliyi və xalq-iqtidar birliyi təmin olunub, azərbaycançılıq ideologiyası əsasında dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızın vahid yumruq kimi birləşərək Azərbaycanın qarşısında duran ən ümdə vəzifənin yerinə yetirilməsinə - tarixi ədalətin bərpasına, respublikamızın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsinə nail olunub”, - deyə vurğulayıb.
Deputatlığa namizəd Nurlan Həsənov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, ölkəmizdə insan amili və vətəndaş mənafeyinə əsaslanan sosialyönümlü islahatlar nəticəsində əhalinin həyat şəraiti yaxşılaşdırılıb, cəmiyyətin bütün təbəqələri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub: “Bu gün Azərbaycan dövlətinin sosial siyasət sahəsində başlıca məqsədi insana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması və sosial ədalət prinsipinin daim qorunmasıdır. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı və mənafeyi dayanır” fikri həyata keçirilən sosialyönümlü siyasətin əsasını təşkil edir”.
Tədbir iştirakçılarıda çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər isə parlament seçkilərində bir daha Yeni Azərbaycan Partiyasına etimad göstərəcəklərini söyləyiblər. “Seçimimiz yenidən Yeni Azərbaycan Partiyasıdır!”, - deyə vurğulanıb.
Deputatlığa namizəd, həmçinin  məhəllə görüşləri də keçirib.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024