Mobil versiya
Davamlı islahatlar naminə! -Fotolar
Tarix: 19-08-2024 | Saat: 16:36
Bölmə:Parlament | çapa göndər

Davamlı islahatlar naminə!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 98 saylı Bərdə-Tərtər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xanlar Fətiyevin Bərdə rayonu, Dəymədağıldı və Şirvanlı kəndlərində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya 1 sentyabr - növbədənkənar parlament seçkilərinin Azərbaycanın demokratik inkişaf tarixində önəmli bir mərhələ olduğunu bildirib. Qeyd edib ki, yeni formalaşacaq parlament qalib, bütövləşən Azərbaycanın parlaq gələcəyi naminə yeni dövrün hədəflərini inamla və uğurla reallaşdıracaq.

Çıxış edən deputatlığa namizəd Xanlar Fətiyev ölkəmizdə genişmiqyaslı islahatlar nəticəsində vətəndaşların hüquq və azadlıqlarının təmin olunduğunu, ictimai münasibətlərin demokratik normalar əsasında inkişaf etdiyini, siyasi qüvvələrin sivil qaydalar əsasında sağlam rəqabəti üçün əlverişli zəmin yaradıldığını ifadə edib. O, seçiciləri fəallığa və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.

Görüşlərdə həmçinin təşviqat qrupunun üzvü Məhərrəm Şəfiyev çıxış edərək seçicilərə uğurlar arzulayıb.

Tədbir iştirakçılarından Teyyub Alıyev, Fəxrəndə Baxşəliyeva, Mehman Gözəlov, Vüsal Əliyev, Fazil İsmayılov, şəhid atası Vaqif Əhmədov, şəhid atası Kamil İsmayılov dövlətə və dövlətçiliyə sədaqətlərini Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə nümayiş etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd Xanlar Fətiyev kəndlərin şəhidlər kompleksini ziyarət edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024