Ümumxalq partiyası alternativsiz seçimimizdir -Foto
Tarix: 19-08-2024 | Saat: 13:02
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun YAP Abşeron rayon təşkilatının qərargahında cəbrayıllı seçicilərlə görüşü keçirilib.
aia.az yap.org-a istinadən xəbər verir ki, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev bildirib ki, müstəqil Azərbaycan Respublikası dövlət başçısı İlham Əliyevin zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və qətiyyətli liderliyi ilə dinamik inkişaf yolunda irəliləyir: “Bu günə qədər əldə olunan uğurlar Azərbaycanın regionun lider dövlətinə çevrilməsini, dünyada qalib və qüdrətli ölkə kimi tanınmasını şərtləndirib. Hazırda qarşımızda dayanan başlıca məqsəd növbəti milli hədəflərimizin gerçəkləşdirilməsidir”.
Deputatlığa namizəd Ceyhun Məmmədov YAP-ın seçki platforması barədə ətraflı məlumat verib. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasının müasir dövlətçilik tariximizin şanlı səhifəsi və zirvə nöqtəsi olduğunu vurğulayıb. Qeyd edib ki, keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması üçün işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinə başlanılıb, mühüm infrastruktur layihələri gerçəkləşdirilib: “Ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərin bərpasına 14 milyard manatdan çox vəsait yönəldilib. Onlarla yaşayış məntəqəsinin təməli qoyulmuş və artıq bir sıra şəhər, kənd və qəsəbələrdə məskunlaşma təmin edilib. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək isə 34500 ailənin doğma torpaqlarda layiqli şəkildə yaşayışı təmin ediləcək”.
Tədbir iştirakçılarından Novruz Quliyev, Elçin Hüseynbəyli, Hafiz Quliyev və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizə mühüm nailiyyətlər qazandırdığını bildirib, seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər isə “Ümumxalq partiyası olan YAP alternativsiz seçimimizdir”, - deyə vurğulayaraq Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024